Azərbaycanın müdafiə naziri Türkiyəyə rəsmi səfər edəcək

Azərbaycanın müdafiə naziri Türkiyəyə rəsmi səfər edəcək Zakir Həsənovun Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır
Hərbi
24 Mart , 2018 12:50
Azərbaycanın müdafiə naziri Türkiyəyə rəsmi səfər edəcək

Bakı. 24 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankara şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, rəsmi səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Martın 31-də isə Azərbaycan müdafiə nazirinin Türkiyənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi