​Azərbaycanın müdafiə naziri Sloveniya prezidenti ilə görüşüb

​Azərbaycanın müdafiə naziri Sloveniya prezidenti ilə görüşüb Görüşdə təhlükəsizlik və digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Hərbi
13 Mart , 2015 19:48
​Azərbaycanın müdafiə naziri Sloveniya prezidenti ilə görüşüb

Bakı. 13 mart. REPORT.AZ/ Bu gün Sloveniya Respublikasının prezidenti Borut Pahor Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul edib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə iki ölkə arasında münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanaraq, səfərin uğurla keçdiyi, hərbi və müdafiə sahəsində əməkdaşlığa mühüm töhfə verəcəyi, o cümlədən əlaqələrin daha da genişlənəcəyinə ümidvar olunduğu bildirilib.

Tərəflər Silahlı Qüvvələrin bölmələrinin beynəlxalq əməliyyatlarda və missiyalarda iştirakına önəm verərək, hərbi qulluqçuların dil kurslarında və digər treninqlərdə hazırlığının əhəmiyyətini qeyd ediblər.

Görüşdə təhlükəsizlik və digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi