Yuxarı

Azərbaycanın müdafiə naziri Rusiyaya gedib

Azərbaycanın müdafiə naziri Rusiyaya gedib
Zakir Həsənovun bir sıra ölkələrin müdafiə nazirləri ilə görüşləri də gözlənilir

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının noyabrın 30-da keçiriləcək növbəti iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə yola düşüb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində müdafiə nazirinin rusiyalı həmkarı ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılıb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik məsələləri müzakirə olunacaqdır. Həmçinin Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planının imzalanması nəzərdə tutulub.
Bundan başqa, general-polkovnik Z.Həsənovun bir sıra ölkələrin Müdafiə nazirləri ilə görüşləri də gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi