Azərbaycanın müdafiə naziri “MSPO - 2017” sərgisində iştirak edib

Azərbaycanın müdafiə naziri “MSPO - 2017” sərgisində iştirak edib Azərbaycan nümayəndə heyəti sərgidə nümayiş etdirilən hərbi və müdafiə təyinatlı məhsullara baxış keçirib
Hərbi
6 Sentyabr , 2017 12:12
Azərbaycanın müdafiə naziri “MSPO - 2017” sərgisində iştirak edib
Mod.gov.az

Bakı. 6 sentyabr. REPORT.AZ/ Polşada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Kielce şəhərində keçirilən “MSPO - 2017” beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan nümayəndə heyəti sərgidə nümayiş etdirilən hərbi və müdafiə təyinatlı məhsullara baxış keçirib, müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub.

Son xəbərlər

Orphus sistemi