Azərbaycanın müdafiə naziri Minskdəki "Qələbə" abidəsini ziyarət edib

Azərbaycanın müdafiə naziri Minskdəki "Qələbə" abidəsini ziyarət edib Zakir Həsənovun Belarusa rəsmi səfəri davam edir
Hərbi
9 Oktyabr , 2017 13:28
Azərbaycanın müdafiə naziri Minskdəki Qələbə abidəsini ziyarət edib
Mod.gov.az

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Belarusda rəsmi səfərdə olan Müdafiə Nazirliyinin nümayəndə heyəti oktyabrın 9-da Minsk şəhərindəki "Qələbə" meydanını ziyarət edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ənənəyə uyğun olaraq nümayəndə heyətinin rəhbəri "Qələbə" abidəsinin önünə əklil qoyub, digər üzvləri isə memorial qarşısına çiçək dəstələri düzərək ehtiramlarını ifadə ediblər.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin Belarusa rəsmi səfəri davam edir.

Son xəbərlər

Orphus sistemi