Yuxarı

Azərbaycanın müdafiə naziri İranın müdafiə nailiyyətləri sərgisində olub - FOTO

Azərbaycanın müdafiə naziri İranın müdafiə nailiyyətləri sərgisində olub - FOTO
Zakir Həsənova İranın müxtəlif döyüş vasitələrindən ibarət eksponatlar təqdim edilib

Bakı. 16 aprel. REPORT.AZ/ İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Tehranda İranın müdafiə sənayesinin nailiyyətləri sərgisində olub.

"Report" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ölkənin müdafiə sənayesi kompleksinin istehsal etdiyi hərbi təyinatlı məhsullarla tanış olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova İran Silahlı Qüvvələrinin silahlanmasındakı müxtəlif döyüş vasitələrindən ibarət eksponatlar təqdim edilib.

Sərgi ilə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov "Xatirə kitabı"nı imzalayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi