Yuxarı
    Bağlamaq

    Azərbaycanın müdafiə naziri "Gələcək Qüvvələr Forumu-2016"da iştirak edəcək

    Zakir Həsənov çexiyalı həmkarı Martin Stropnitski ilə görüşəcək

    Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov "Gələcək Qüvvələr Forumu-2016"da iştirak etmək üçün oktyabrın 17-də Çexiyanın paytaxtı Praqa şəhərinə gedib.

    Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Nazirlikdən bildirilib ki, Z.Həsənovu foruma Çexiyanın müdafiə naziri Martin Stropnitski dəvət edib.

    Forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə ediləcək.

    Tədbir çərçivəsində Z.Həsənov çexiyalı həmkarı M.Stropnitski və bir sıra digər rəsmi şəxslərlə görüşəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi