Azərbaycanın müdafiə naziri çexiyalı həmkarı ilə görüşüb

Azərbaycanın müdafiə naziri çexiyalı həmkarı ilə görüşüb Görüşdə regiondakı təhlükəsizlik məsələləri müzakirə olunub
Hərbi
20 Oktyabr , 2016 12:30
Azərbaycanın müdafiə naziri çexiyalı həmkarı ilə görüşüb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Çexiyada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov çexiyalı həmkarı Martin Stropnitski ilə görüşüb.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri, Dağlıq Qarabağ münaqişəsi, eləcə də regiondakı təhlükəsizlik məsələləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi