Yuxarı

​Azərbaycanın müdafiə naziri Bolqarıstan səfirini qəbul edib

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Noyabrın 4-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Maya Hristovanı qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, Z.Həsənov səfirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi