Azərbaycanın müdafiə naziri Belarusa səfər edəcək

Azərbaycanın müdafiə naziri Belarusa səfər edəcək Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi müzakirə ediləcək
Hərbi
6 Oktyabr , 2017 19:16
Azərbaycanın müdafiə naziri Belarusa səfər edəcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus müdafiə naziri, general-leytenant Andrey Ravkovun dəvəti ilə oktyabrın 8-də Minsk şəhərinə yola düşəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələrin ziyarət olunması nəzərdə tutulub.

Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi