Azərbaycanın iştirakı ilə Beynəlxalq Ordu Oyunları start götürüb

Azərbaycanın iştirakı ilə Beynəlxalq Ordu Oyunları start götürüb Avqustun 13-dək davam edəcək Oyunlar iki ölkədə - Rusiya və Qazaxıstanda keçirilir
Hərbi
30 İyul , 2016 12:29
Azərbaycanın iştirakı ilə Beynəlxalq Ordu Oyunları start götürüb

Bakı. 30 iyul. REPORT.AZ/ Rusiyada Moskva ətrafında yerləşən "Patriot" parkında Beynəlxalq Ordu Oyunları start götürüb.

"Report" xəbər verir ki, açılış mərasimində Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu iştirak edib.

Avqustun 13-dək davam edəcək Oyunlar bu il əvvəlki yarışlardan fərqli olaraq, iki ölkədə - Rusiya və Qazaxıstanda keçirilir. Oyunlar eyni zamanda 20 poliqonda baş tutacaq.

Oyunların proqramına quru, hava və dəniz təlimləri üzrə 23 müsabiqə daxildir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Beynəlxalq Ordu Oyunlarında Azərbaycan da daxil olmaqla 19 ölkədən 121 komanda iştirak edir.

Son xəbərlər

Orphus sistemi