Azərbaycanın iştirak etdiyi “NATO-Gürcüstan 2019” təlimi başa çatıb

Azərbaycanın iştirak etdiyi “NATO-Gürcüstan 2019” təlimi başa çatıb “NATO-Gürcüstan 2019” çoxmillətli komanda-qərargah təlimi başa çatıb.
Hərbi
29 Mart , 2019 20:51
Azərbaycanın iştirak etdiyi “NATO-Gürcüstan 2019” təlimi başa çatıb

“NATO-Gürcüstan 2019” çoxmillətli komanda-qərargah təlimi başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) keçirilmiş bağlanış mərasimində Gürcüstanın Müdafiə Qüvvələri Baş Qərargah rəhbərinin birinci müavini Nikoloz Cancqava və NATO-nun nümayəndələri iştirak ediblər.

N.Cancqava hərbçiləri təlimin uğurla başa çatması münasibətilə təbrik edərək qeyd edib ki, təlim uğurlu əməkdaşlığın ən yaxşı nümunəsi olub: “Təlimdə qarşıya qoyulan məqsədlərə nail olundu. Əsas məqsəd Gürcüstanın Müdafiə Qüvvələrinin imkanlarının gücləndirilməsi və NATO-ya üzv və tərədaş ölkələrlə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi olub”.

Mərasimin sonunda təlim iştirakçıları xüsusi sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, “NATO-Gürcüstan 2019” təlimlərinə martın 18-də start verilib. Təlimlərdə 24 ölkə - Albaniya, Belçika, Bolqarıstan, Çexiya, Almaniya, Danimarka, Estoniya, Fransa, Yunanıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Litva, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Türkiyə, ABŞ, Azərbaycan, Gürcüstan və İsveçdən olan, ümumilikdə, 350-yə yaxın hərbçi iştirak edib.

Son xəbərlər

Orphus sistemi