Döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində ağır yaralanmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hacıyev Qoşqar Zahid oğlu uzun müddət Türkiyə Respublikasının Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunduqdan sonra indi də respublikamızda müalicəsini davam etdirir. 2016-cı ildən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə uyğun istefaya buraxılmasına baxmayaraq
Bu gün Müdafiə Nazirliyin bir qrup hərbi qulluqçusu qazimizin müalicə olunduğu hospitala gedərək onu ziyarət edib, ailə üzvləri ilə görüşüb.
Bu barədə "Report"a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri general-polkovnik
Ali Baş Komandan adından Müdafiə nazirinin əmri ilə Q.Hacıyevin “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilməsi xəbəri həm yaralı əsgəri, həm də ailə üzvlərini sevindirib. Əsgərin anası Pəri xanım oğlu yaralandığı ilk gündən Azərbaycan Respublikasının Prezidenti
Polkovnik Rauf Dəmirov Qoşqar kimi qorxmaz, igid oğul yetişdirdiyinə görə Pəri anaya təşəkkür edib. Qazimizin qardaşı Vüqar Hacıyev isə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hücum əmri verilərsə qardaşının döyüşçü dostlarına qoşulub zəfər yürüşünə çıxacağı günü səbirsizliklə gözlədiyini bildirib.