Azərbaycanın hərbi rəhbərliyi Beynəlxalq Ordu Oyunlarının açılış mərasimində iştirak edib

Azərbaycanın hərbi rəhbərliyi Beynəlxalq Ordu Oyunlarının açılış mərasimində iştirak edib Oyunların iştirakçısı olan digər 15 ölkənin nümayəndə heyəti Rusiyaya gəlib
Hərbi
30 İyul , 2016 14:30
Azərbaycanın hərbi rəhbərliyi Beynəlxalq Ordu Oyunlarının açılış mərasimində iştirak edib

Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini - Baş İdarə rəisi, general-leytenant Nizam Osmanov Beynəlxalq Ordu Oyunlarının Moskva ətrafında keçirilmiş açılış mərasimində iştirak edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, "Patriot" parkında baş tutan açılış mərasimində iştirak etmək üçün ümumilikdə Oyunların iştirakçısı olan 16 ölkənin nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, Oyunların proqramına quru, hava və dəniz təlimləri üzrə 23 müsabiqə daxildir. Yarışda Azərbaycan da daxil olmaqla 19 ölkədən 121 komanda iştirak edir. Ən çox komanda ilə təmsil olunan ölkələr Çin, Qazaxıstan, Belarus və Rusiyadır.

Son xəbərlər

Orphus sistemi