Yuxarı

Azərbaycanın hərbi hissələrində ümumxalq hüzn günü ilə əlaqədar tədbirlər təşkil olunub

Azərbaycanın hərbi hissələrində ümumxalq hüzn günü ilə əlaqədar tədbirlər təşkil olunub
Müxtəlif bölgələrdəki xiyabanlar ziyarət edilib

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycanda birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində ümumxalq hüzn günü ilə əlaqədar tədbirlər təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirlərdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyəti xüsusi vurğulanaraq Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları haqqında ətraflı məlumatlar verilib.

Anım tədbirlərində şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, müxtəlif bölgələrdəki xiyabanlar ziyarət edilib, sərgilərə baxılıb, ədəbi-bədii kompozisiyalar və sənədli filmlər nümayiş olunub.

Çıxış edənlər həmin tarixi dövrdə milli-azadlıq uğrunda mübarizəyə qalxmış oğul və qızların fədakarlığı, xalqın qəhrəmanlığı barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi