Yuxarı

​Azərbaycanın hərbi gəmiləri Rusiya Federasiyası və Qazaxıstan gəmiləri ilə birlikdə təlimlərə hazırlaşır

Xəzər dənizində gəmilər dənizdə artilleriya atəşi və gəmilərin döyüş hazırlığı üzrə təlimlər keçəcəklər

Bakı. 30 iyul. REPORT.AZ/ Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanın döyüş gəmiləri artilleriya qurğularından atəş açmaq və dənizdə gəmi təlimləri həyata keçirmək üçün Xəzər dənizinə çıxıblar.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri Mətbuat və informasiya idarəsinin əməkdaşı İqor Dıqalo bildirib.

"Xəzər Kuboku-2015" müsabiqəsinə hazırlıq çərçivəsində Rusiya, Qazaxıstan və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri kiçik həcmli üzən hədəflərə, hava hədəflərinə və üzən minalara atəş açmaq üzrə bir sıra hazırlıq tədbirlərini həyata keçirəcək", - şərhdə deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi