Yuxarı

Azərbaycanın hərbi aşpazları yoxlama atışları yerinə yetiriblər

Azərbaycanın hərbi aşpazları yoxlama atışları yerinə yetiriblər

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsinin iştirakçılarının birinci mərhələyə hazırlıq prosesi yekunlaşıb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan hərbi aşpazları silahdan yoxlama atışları etməklə çalışmaları yerinə yetirmək üçün silahları sıfırlayıblar.
Müsabiqənin bu mərhələsində iştirakçı ölkələrin nümayəndələri avtomatla 100 metr məsafədə hərəkətsiz hədəfi 3 patron ilə vurmalıdır. İstifadə ediləcək silahlara baxış keçirilərək qəbul edildikdən sonra aşpazlarımız müsabiqənin mərhələlərinin icra üsullarını məşq etməyə başlayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi