Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı 120 nəfərədək artırılıb - VİDEO

Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı 120 nəfərədək artırılıb - VİDEO Azərbaycan ordusunun 70 nəfər sülhməramlısı rotasiya qaydasında Əfqanıstana yola salınıb
Hərbi
9 Yanvar , 2018 17:14
Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı 120 nəfərədək artırılıb - VİDEO
Mod.gov.az

Bakı. 9 yanvar. REPORT.AZ/ NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan ordusunun 70 nəfər sülhməramlısı yanvarın 9-da plana uyğun olaraq, rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyini nəzərə alaraq NATO Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasında qüvvələrin sayının artırılması ilə bağlı Alyansa üzv olan və tərəfdaş ölkələrə müraciət edib: "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 23 noyabr 2017-ci il tarixində NATO-nun Brüssel şəhərindəki mənzil qərargahındakı çıxışı zamanı 2018-ci ildən etibarən Azərbaycan sülhməramlılarının sayının artırılacağı barədə bəyanat vermişdir.
Bu məqsədlə Milli Məclis 29 dekabr 2017-ci il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” qərara dəyişikliklər edib.
Azərbaycan sülhməramlı kontingentin sayının artırılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən müvafiq dövlət qurumları, eləcə də NATO komandanlığı ilə əlaqəli şəkildə prosedurlar yerinə yetirilib".
Beləliklə, beynəlxalq sülhün təmin edilməsi və tərəfdaşlara dəstək məqsədilə 2018-ci ildən etibarən “Qətiyyətli Dəstək” missiyasının müxtəlif qərargahlarında 6 Azərbaycan zabiti, eləcə də 2 hərbi həkim olmaqla sülhməramlıların sayı ümumilikdə 94-dən 120 nəfərədək artırılıb.

Son xəbərlər

Orphus sistemi