Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının bir qrupu vətənə qayıdıb - FOTO

Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının bir qrupu vətənə qayıdıb - FOTO Silahlı Qüvvələrin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb
Hərbi
22 Yanvar , 2015 13:01
Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının bir qrupu vətənə qayıdıb - FOTO

Bakı. 22 yanvar. REPORT.AZ/ NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 39 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

Son xəbərlər

Orphus sistemi