Azərbaycanın “Artilleriya atəşinin ustaları” müsabiqəsində rəqibləri məlum olub

Azərbaycanın “Artilleriya atəşinin ustaları” müsabiqəsində rəqibləri məlum olub Hərbçilərimiz Venesuela, Qazaxıstan və Tacikistan komandaları ilə bir qrupda çıxış edəcək
Hərbi
28 İyul , 2017 19:21
Azərbaycanın “Artilleriya atəşinin ustaları” müsabiqəsində rəqibləri məlum olub
Mod.gov.az

Bakı. 28 iyul. REPORT.AZ/ “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində avqustun 1-dən 9-dək Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqələrinin püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, püşkatmanın nəticələrinə əsasən Azərbaycan komandası Venesuela, Qazaxıstan və Tacikistan komandaları ilə bir qrupda çıxış edəcək.

İştirakçılar texnikanı qəbul etdikdən sonra silahlardan sınaq atışları icra edəcəklər.

Qeyd edək ki, digər qrupda Rusiya, Belarus, Zimbabve və Qırğızıstan komandaları iştirak edir. 

Son xəbərlər

Orphus sistemi