Azərbaycandakı xarici ölkələrin hərbi attaşeləri Hərbi Dəniz Qüvvələrinin bazasına səfər edib

Azərbaycandakı xarici ölkələrin hərbi attaşeləri Hərbi Dəniz Qüvvələrinin bazasına səfər edib Matros yeməkxanaları, yataqxanaları, məşğələ otaqları və hamam-camaşırxanada olan attaşelər şəraitdən məmnun qalıblar
Hərbi
5 Noyabr , 2015 19:11
Azərbaycandakı xarici ölkələrin hərbi attaşeləri Hərbi Dəniz Qüvvələrinin bazasına səfər edib

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri noyabrın 5-də Hərbi Dəniz Qüvvələrinin bazasında olublar. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qonaqları Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi qarşılayıb. İlk olaraq hərbi hissənin qərargahı qarşısında ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunub.

Hərbi attaşelərə Hərbi Dəniz Qüvvələri və onun yaranma tarixi barədə ümumi brifinq təqdim olunub, qonaqlar ətraflı məlumatlandırılıb.

Qərargahda, hərbi gəmilərdə olan hərbi attaşelər, silahlanmada olan hərbi texnikaya baxıb və şəxsi heyət üçün yaradılan şəraitlə tanış olublar.

Matros yeməkxanaları, yataqxanaları, məşğələ otaqları və hamam-camaşırxanada olan attaşelər buradakı şəraitdən məmnun qaldıqlarını ifadə ediblər.

Sonda hərbi attaşelər tədbirin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi