Azərbaycandakı xarici hərbi attaşelər Hərbi Hava Qüvvələrinin hərbi hissəsini ziyarət edib

Azərbaycandakı xarici hərbi attaşelər Hərbi Hava Qüvvələrinin hərbi hissəsini ziyarət edib Qonaqlara aviasiya texnikası, o cümlədən təlim-uçuş simulyatorları nümayiş etdirilib
Hərbi
28 Oktyabr , 2016 18:25
Azərbaycandakı xarici hərbi attaşelər Hərbi Hava Qüvvələrinin hərbi hissəsini ziyarət edib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün oktyabrın 28-də Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

Nazirlikdən "Report"a verilən məlumata görə, səfər çərçivəsində qonaqlara hərbi hissə barədə brifinq verilib və onların sualları cavablandırılıb.

On beş dövləti təmsil edən iyirmidən çox hərbi attaşelik aparatının nümayəndələri hərbi hissənin məşğələ otaqları, yataqxana binaları, əsgər yeməkxanası, təlim nöqtələri və obyektləri ilə tanış olublar. Səfər çərçivəsində qonaqlara aviasiya texnikası, o cümlədən təlim-uçuş simulyatorları nümayiş etdirilib.

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda qonaqlarla xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi