Yuxarı

​Azərbaycanda yeni əsgər yataqxanası istifadəyə verilib

Yataqxanada ideoloji sinif, silah, dəftərxana, məişət otaqları, şəxsi heyətin əşyalarının saxlanması üçün anbar və digər obyektlər var

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin tabeliyində olan hərbi hissənin müasir tələblərə cavab verən yeni əsgər yataqxanası istifadəyə verilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu günədək inşa edilən hərbi şəhərciklərin və obyektlərin açılışında iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənov çıxışlarında dəfələrlə qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən, Silahlı Qüvvələrdə hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırması istiqamətində irimiqyaslı işlər görülür və bu istiqamətdə fəaliyyətlər davam etdirilir.

Müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Fuad Məmmədov Baş İdarənin tabeliyində olan hərbi hissədə əsgər yataqxanasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak edib. O, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yeni və güclü Azərbaycanın inkişaf strategiyasının möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Eyni zamanda mərasimdə qeyd edilib ki, Silahlı Qüvvələrimizdə maddi-texniki təminat problemlərinin aradan qaldırılması, ayrı-ayrı qoşun növlərində hərbi qulluqçuların xidmət və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində konkret tədbirlər həyata keçirilir.

Tədbirdə çıxış edənlər şəxsi heyətə göstərilən diqqətə görə hərbi qulluqçular adından adından dövlətimizin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Yeni və müasir yataqxanada ideoloji sinif, silah, dəftərxana, məişət otaqları, şəxsi heyətin əşyalarının saxlanması üçün anbar və digər obyektlər əsgərlərin ixtiyarına verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi