Yuxarı

Azərbaycanda "Yalquzaq" snayper tüfəngi və əl pulemyotlarının seriyalı istehsalına başlanılıb

Azərbaycanda "Yalquzaq" snayper tüfəngi və əl pulemyotlarının seriyalı istehsalına başlanılıb

Bakı. 16 dekabr. REPORT.AZ/ "Ötən illərdə olduğu kimi, bu il də yeni nəsil silah növlərinin yaradılması və istehsalı ilə bağlı dövlət başçısının verdiyi tapşırıqların icrası istiqamətində məqsədyönlü işlər davam etdirilib. Bələ ki, nazirliyin müəssisələrində yaradılan və sınaqları keçirilərək silahlanmaya tövsiyə olunan 7,62x51 millimetrlik xüsusi təyinatlı "Yalquzaq" snayper tüfənginin, 7,62x54 millimetrlik xüsusi təyinatlı əl pulemyotunun, 30 millimetrlik avtomatik qumbaraatan kompleksinin, 40x46 millimetrlik əl qumbaraatanı və onun 4 növ atəş yığımlarının, F-1 tipli təlim əl qumbarasının, M-6, M-12 tipli mina partladıcıların və sair məmulatların cari ildə seriyalı istehsalı aparılıb".

“Report” xəbər verir ki, bunu Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.

Onun sözlərinə görə, eləcə də ixrac istiqamətində istehsal həcminin artması ilə əlaqədar yeni texnologiya əsasında istehsal xətti qurulub və pulemyotlar üçün 100 və 200 yerlik patron lent və qutularının kütləvi istehsalı təmin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi