Azərbaycanda “TurAz Qartalı - 2017” təlimləri başlayıb

Azərbaycanda “TurAz Qartalı - 2017” təlimləri başlayıb Təlimlərdə 30-dək aviasiya vasitəsi iştirak edəcək
Hərbi
18 Sentyabr , 2017 09:47
Azərbaycanda “TurAz Qartalı - 2017” təlimləri başlayıb
Mod.gov.az

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Bu gün ölkəmizdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri başlayıb".

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Sentyabrın 30-dək davam edəcək təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi