Azərbaycanda Snayper Hazırlığı Mərkəzi istifadəyə verilib

Azərbaycanda Snayper Hazırlığı Mərkəzi istifadəyə verilib Müdafiə naziri snayperlərin döyüş vərdişlərinin artırılması ilə bağlı tapşırıqlar verib
Hərbi
7 İyun , 2017 19:11
Azərbaycanda Snayper Hazırlığı Mərkəzi istifadəyə verilib
Mod.gov.az

Bakı. 7 iyun. REPORT.AZ/ Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən Snayper Hazırlığı Mərkəzində olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, Mərkəzdə snayperlərin səhra bacarıqlarının təkmilləşdirilməsi məqsədilə real döyüş şəraitinə uyğun lazımi infrastrukturun yaradılması barədə məruzə edilib.

İdarəetmə məntəqəsindən praktiki atış və digər hazırlıq çalışmalarını izləyən müdafiə naziri snayperlərin döyüş vərdişlərinin artırılması ilə bağlı tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi