Azərbaycanda ötən ay 168 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib

Azərbaycanda ötən ay 168 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib Bakı. 1 avqust. REPORT.AZ/ Bu ilin iyul ayı ərzində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, Xocavənd, Qazax, Qaradağ, Lənkəran, Tərtər, Tovuz rayonları, Gəncə və Sumqayıt şəhərləri ərazisində 424,299 m² (42.43 ha) ərazini yoxlayıb, 168 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina və 3 ədəd tank əleyhinə mina (cəmi 173 ədəd) aşkar edilərək zərərsizləşdirib.
Hərbi
1 Avqust , 2018 12:54
Azərbaycanda ötən ay 168 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib
0 : 00
0 : 00

Bakı. 1 avqust. REPORT.AZ/ Bu ilin iyul ayı ərzində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, Xocavənd, Qazax, Qaradağ, Lənkəran, Tərtər, Tovuz rayonları, Gəncə və Sumqayıt şəhərləri ərazisində 424,299 m² (42.43 ha) ərazini yoxlayıb, 168 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina və 3 ədəd tank əleyhinə mina (cəmi 173 ədəd) aşkar edilərək zərərsizləşdirib.

ANAMA-dan "Report"a verilən məlumata görə, əməliyyatlarda 486 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 529,515,651 m² (52,951.57 ha) ərazi təmizlənib, 797,096 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

İyul ayı ərzində Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 8 (səkkiz), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 7 (yeddi), Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən (DSX) - 2 (iki) və Rayon İcra Hakimiyyətindən (RİH) - 1 (bir) müraciət daxil olub. Müraciətlər əsasında 11,170 m² ərazi təmizlənib, 32 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Bu ilin iyul ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Son xəbərlər

Orphus sistemi