Azərbaycanda NATO-nun əməliyyat planlaşdırma kursu başlayıb

Azərbaycanda NATO-nun əməliyyat planlaşdırma kursu başlayıb Təlimə Müdafiə Nazirliyi, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və digər qoşun növlərindən olan zabitlər cəlb olunublar
Hərbi
2 Noyabr , 2015 14:16
Azərbaycanda NATO-nun əməliyyat planlaşdırma kursu başlayıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycanda NATO-nun əməliyyat planlaşdırma kursu başlayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, kurslar Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2015-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən keçirilən təlim kursların mövzusu "NATO-nun əməliyyat planlaşdırma prosesi" adlanır. 

Təlimə Müdafiə Nazirliyi, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və digər qoşun növlərindən olan zabitlər cəlb olunublar. 

Kurs müddətində iştirakçılara alyansın hərbi strukturu və tərəfdaşlıq, əməliyyat-planlaşdırma prosesi, onun fazaları, strateji mühitin əməliyyat qiymətləndirilməsi, fəaliyyət tərzlərinin hazırlanması və müqayisə edilməsi, NATO-nun çevik qüvvələri və s. mövzular barədə məlumatlar veriləcək. 

Təlim kursu noyabrın 6-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi