Bu il Azərbaycanda mina partlayışları nəticəsində ölənlərin sayı açıqlanıb

Bu il Azərbaycanda mina partlayışları nəticəsində ölənlərin sayı açıqlanıb “Müharibədən əvvəl Azərbaycan ərazisində bu silahlara rast gəlinməyib”
Hərbi
3 Avqust , 2015 12:38
Bu il Azərbaycanda mina partlayışları nəticəsində ölənlərin sayı açıqlanıb

Bakı. 3 avqust. REPORT.AZ/ “Aparılan təhqiqatlar, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində Azərbaycanda 2015-ci ilin ilk 7 ayı ərzində 7 hadisə nəticəsində 11 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Nəticədə 3 nəfər hərbçi həlak olub və 1 nəfər hərbçi yaralanıb. Yaralıların 7 nəfəri isə mülki şəxsdir”. “Report”un xəbərinə görə, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, Azərbaycanda kasetli silahlarla bağlı problem Qarabağ müharibəsi ilə əlaqədardır: “Müharibədən əvvəl Azərbaycan ərazisində bu silahlara rast gəlinməyib”.

Son xəbərlər

Orphus sistemi