Yuxarı

Azərbaycanda mərmi atan snayper tüfəngi istehsal olunub - FOTO

Azərbaycanda mərmi atan snayper tüfəngi istehsal olunub - FOTO

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycanda mərmi atan snayper tüfəngi istehsal olunub.

"Report" xəbər verir ki, yeni silah Müdafiə Sənayesi Nazirliyinin zavodlarından birində hazırlanıb. 

Əllə idarə olunan və 23x115 mm ölçülü unikal snayper tüfənginin çəkisi 34 kiloqramdır. Silahın atış məsafəsi 6 kilometrdir və 2 kilometrlikdəki hədəfləri dəqiq vura bilir.

Snayper tüfəngi ilk dəfə III “ADEX-2018” Azərbaycan Beynəlxalq Müdafiə sərgisində nümayiş etdirilib.

Snayper tüfəngi yaxın vaxtlarda sınaqdan keçiriləndən sonra Azərbaycan Silahlı Qüvvələrində silahlanmaya daxil ediləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi