Bakı. 14 iyul. REPORT.AZ/ Bu ilin iyun ayı ərzində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 10,298, 732 kv.m ərazini yoxlayıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizləyib. Bu barədə “Report”a ANAMA-dan məlumat verilib.
Agentlikdən bildirilib ki, ötən ay ərzində 976 ədəd PHS, 1 ədəd tank əleyhinə və 4 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-nın əməliyyatlarında 402 nəfər əməliyyat heyəti, 228 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir. Bugünədək cəmi 374,101,116 kv.m ərazi təmizlənıb. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı 720,298-dir.
İyun ayında Agentlik təmizləmə əməliyyatlarını Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Bərdə, Füzuli, Gəncə, Goranboy, Qazax, Mingəçevir, Samux, Tərtər, Tovuz və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirib.
Bu ay ərzində 1 (bir) mina/PHS hadisəsi qeydə alınıb.