Yuxarı
    Bağlamaq

    Azərbaycanda hərbi yük maşını qatarla toqquşub, bir hərbçi yaralanıb

    Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır

    Bakı. 30 oktyabr. REPORT.AZ/ Bu gün MAZ markalı hərbi yük maşını dəmir yol ötürücüsünü keçərkən qatarla toqquşub. Qəza nəticəsində bir nəfər hərbi qulluqçu - avtomobilin sürücüsü əsgər Muxtarlı Məhəmməd Əhməd oğlu xəsarət alıb.

    Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

    Əsgər M.Muxtarlı hərbi tibb müəssisəsinə yerləşdirilib.

    Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi