​Azərbaycanda hərbi hissələr sərinləşdirici avadanlıq və vasitələrlə təchiz edilir

​Azərbaycanda hərbi hissələr sərinləşdirici avadanlıq və vasitələrlə təchiz edilir Hərbi qulluqçular qablaşdırılmış içməli su ilə daim təmin olunurlar
Hərbi
23 İyul , 2016 16:27
​Azərbaycanda hərbi hissələr sərinləşdirici avadanlıq və vasitələrlə təchiz edilir

Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, isti yay günlərində şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə hərbi hissələr sərinləşdirici avadanlıq və vasitələrlə təchiz edilir.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görülən tədbirlər nəticəsində əsgər yataqxanaları, yeməkxanalar, digər inzibati binalar və poliqonlardakı sinif otaqlarında müasir tipli kondisionerlər quraşdırılıb. Eyni zamanda şəxsi heyətin günəş şüalarından daldalanması üçün hərbi hissələrin ərazisində müvəqqəti kölgəliklər və su duşları quraşdırılıb, hərbi qulluqçular qablaşdırılmış içməli su ilə daim təmin olunurlar.

Son xəbərlər

Orphus sistemi