Azərbaycanda hərbi gəmilərin heyət üzvləri arasında beynəlxalq müsabiqə keçiriləcək

Azərbaycanda hərbi gəmilərin heyət üzvləri arasında beynəlxalq müsabiqə keçiriləcək Beynəlxalq Ordu Oyunları – 2017-nin keçirilmə vaxtı açıqlanıb
Hərbi
21 Dekabr , 2016 08:08
Azərbaycanda hərbi gəmilərin heyət üzvləri arasında beynəlxalq müsabiqə keçiriləcək

Bakı. 21 dekabr. REPORT.AZ/ Beynəlxalq Ordu Oyunları – 2017 (ArMİ-2017) gələn ilin 29 iyul - 12 avqust tarixlərində keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Baş İdarəsinin rəisi general-leytenant İvan Buvaltsev məlumat verib.

"Tərkibinə 23 mövcud və 5 yenisi daxil olmaqla 28 beynəlxalq müsabiqənin keçirilməsi təklif olunur. "ArMİ-2017" beş dövlətin ərazisində (Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Çin) keçiriləcək.

Onun sözlərinə görə, Azərbaycan suüstü gəmilərin heyət üzvləri arasında "Dəniz kuboku" müsabiqəsini təşkil edəcək. Yarışlarda iştirak üçün, həmçinin Asiya, Amerika, Afrika və Avropanın 70-dən çox ölkəsinə dəvət göndərilib.

Ənənəyə görə, Oyunların açılış mərasimi Rusiyada olacaq.

Son xəbərlər

Orphus sistemi