Yuxarı
    Bağlamaq

    Azərbaycanda Dövlət Xidmətinin informasiya azadlığı üzrə məsul şəxsi müəyyənləşdirilib

    ​SHXÇDX-də “İnformasiya azadlığı ilə bağlı daxili icraat qaydaları” təsdiq edilib

    Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) “İnformasiya azadlığı ilə bağlı daxili icraat qaydaları” təsdiqlənib.

    Bu barədə “Report”a SHXÇDX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

    Xidmət üzrə müvafiq əmrlə təsdiq edilmiş qaydalarda sorğu ilə müraciət etmiş şəxsin məlumatları əldə etmək hüquqları, informasiya azadlığının təmin edilməsinin təşkili, informasiya əldə etmə haqqında sorğunun formaları, informasiya azadlığı üzrə məsul şəxsin sorğu edilən informasiyanı verməsi qaydaları, informasiya sorğusunun icra müddəti və digər məsələlər əksini tapıb.

    Bundan başqa, əmrə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin informasiya azadlığı üzrə məsul şəxsi müəyyən olunub. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin baş zabiti kapitan Nurəddin Heydərov informasiya azadlığı üzrə məsul şəxs təyin edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi