​Azərbaycanda cəbhəyanı bölgədə yeni dağ hazırlığı təlim mərkəzi açılıb

​Azərbaycanda cəbhəyanı bölgədə yeni dağ hazırlığı təlim mərkəzi açılıb Mərkəzdə ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılmış, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək
Hərbi
10 Sentyabr , 2015 20:56
​Azərbaycanda cəbhəyanı bölgədə yeni dağ hazırlığı təlim mərkəzi açılıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən ərazidə inşa edilən yeni dağ hazırlığı təlim mərkəzinin açılışını edib. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mərkəzin infrastrukturu ilə tanış olan müdafiə naziri ərazidə yaradılan hərbi topoqrafiya, mühəndis, atış, idman şəhərcikləri, minaatanlardan və atıcı silahlardan praktiki atəşlərin yerinə yetirilməsi, dağ taktiki təlimi, dağlıq şəraitdə sağqalma, qayalara dırmanma, su maneələrini qət etmə və digər sahələrə baxış keçirib.

Çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsədilə döyüş hazırlığı planına əsasən mərkəzdə ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılmış, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi