Yuxarı

Azərbaycan və Xorvatiya arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub

Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiyaya rəsmi səfəri başlayıb

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiya Respublikasına rəsmi səfəri başlayıb. "Report" xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Xorvatiyanın Müdafiə Nazirliyində Z.Həsənovun Xorvatiya Respublikasının Müdafiə naziri cənab Ante Kotromanoviç tərəfindən qarşılanma mərasimi keçirilib. Protokola uyğun olaraq Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra nazirlərin görüşü keçirilib.
Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində və ikitərəfli əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi