Yuxarı
    Bağlamaq

    Azərbaycan ilə Ukrayna arasında hərbi sahədə əməkdaşlığın fəallaşdırılması məsələləri müzakirə olunub

    Ukrayna MTMX-nin katibinin birinci müavini Azərbaycana səfər edib© Report.az

    Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycan ilə Ukrayna arasında hərbi sahədə əməkdaşlığın fəallaşdırılması məsələləri müzakirə olunub.

    "Report" Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Xidmətinə (MTMX) istinadən xəbər verir ki, bununla əlaqədar MTMX-nın katibinin birinci müavini Oleq Qladkovski Azərbaycana səfər edib.

    Səfər çərçivəsində O.Qladkovski Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubovla sözügedən məsələ barəsində müzakirə aparıb.

    "Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində Ukraynanın mühüm və perspektivli tərəfdaşıdır. Əminəm ki, hərbi-texniki əməkdaşlıq sahəsində ölkələrimizin potensialı mövcud əməkdaşlığı möhkəmləndirməyə və onun inkişafı və perspektivləri istiqamətində, xüsusilə aviatikinti sahəsində işləməyə imkan verir", - O.Qladkovski bildirib.

    O, iki ölkənin həm daxili istehlakçılar, həm də xarici bazarlar üçün müdafiə sahəsində birgə layihələr hazırlayıb həyata keçirməkdə xeyli təcrübəyə malik olduğunu söyləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi