Azərbaycan və Türkiyə hərbi əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edib

Azərbaycan və Türkiyə hərbi əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edib Görüşdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb
Hərbi
4 Dekabr , 2014 14:41
Azərbaycan və Türkiyə hərbi əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edib

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkunu qəbul edib. "Report" nazirliyin saytına istinadən xəbər verir ki, görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi məsələləri müzakirə edilib.

Müdafiə naziri hər iki ölkənin Silahlı Qüvvələrinin nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili, birgə təlimlərin keçirilməsinin vacibliyini qeyd edərək, hərbi, hərbi texniki, hərbi təhsil sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini və bu fəaliyyətlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini bildirib.

Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.

Son xəbərlər

Orphus sistemi