Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərindən - FOTOREPORTAJ

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərindən - FOTOREPORTAJ "Report" həmin görüntüləri təqdim edir
Hərbi
3 İyun , 2016 11:39
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərindən - FOTOREPORTAJ

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi Qars şəhərində keçirilən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin təlimlərinin  görüntülərini yayıb. 

"Report" həmin görüntüləri təqdim edir. 

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən Qars şəhərində iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə təlim başlayıb.
Təlimdə Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev və Türkiyə Respublikasının Üçüncü Ordu komandanı ordu generalı İsmail Serdar Savaş iştirak edirlər. Eyni zamanda təlimə ilk dəfə olaraq müşahidəçi qismində Gürcüstan Silahlı Qüvvələrinin nümayəndələri də qatılıblar.
1200-dən artıq şəxsi heyətin iştirakı ilə keçirilən döyüş atışlı taktiki təlimin əsas məqsədi Silahlı Qüvvələr arasında təcrübə mübadiləsini reallaşdırmaqla qarşılıqlı əlaqələri inkişaf etdirmək, qərargahlarda müştərək planlaşdırma fəaliyyətlərini yoxlamaq, hərbi bölmələrin hazırlığını və əməliyyatları icra etmək qabiliyyətini yüksəltməklə onların uyarlılığına nail olmaqdır.

Son xəbərlər

Orphus sistemi