Yuxarı

​Azərbaycan və Türkiyə qırıcıları "düşmən"in strateji obyektləri məhv edib

Əməliyyat TURAZ Şahini - 2016 birgə taktiki-uçuş təlimlərinin növbəti günü baş tutub

Bakı. 22 mart. REPORT.AZ/ Türkiyənin Konya şəhərində keçirilən "TURAZ Şahini - 2016" birgə taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə əməliyyat keçirib.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı qarşıya qoyulan tapşırıq şərti düşmənin strateji obyektləri və bu obyektləri mühafizə edən təyyarələri məhv etmək olub.

Uçuşlardan öncə təyyarəçilərlə brifinq keçirilib. Əməliyyat planı, hava şəraiti və digər məsələlər müzakirə edilib.

"MiQ-29" və "F-16" qırıcı, "Su-25" bombardmançı təyyarələrin iştirak etdiyi əməliyyat plana uyğun olaraq həyata keçrilib və uğurla başa çatıb.

Qeyd edək ki, Azərbaycan təyyarəçiləri "F-16" qırıcı, türk pilotlar isə "MiQ-292 qırıcı və "Su-25" bombrdmançı təyyyarələrində əməliyyata qatılıblar.

Təlimlər davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi