Yuxarı
    Bağlamaq

    ​Azərbaycan və Türkiyə pilotları şərti terrorçuların yerləşdiyi məkanları məhv ediblər

    TURAZ Şahini – 2016 təlimləri çərçivəsində keçirilən əməliyyat uğurla başa çatıb

    Bakı. 16 mart. REPORT.AZ/ Türkiyənin Konya şəhərində keçirilən "TURAZ Şahini – 2016" birgə taktiki-uçuş təlimləri davam edir.

    Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  

    Təlimlərin ssenarisinə əsasən, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə "F-16" qırıcı təyyarələri ilə şərti olaraq terrorçuların yerləşdiyi məkanların məhvetmə əməliyyatını keçiriblər. Təlim əməliyyatı zamanı şərti döyüşə girən "F-16" qırıcıları qoruma təyyarələri vasitəsilə mühafizə edilib. Birgə keçirilən əməliyyat uğurla başa çatıb. Şərti terrorçular və onların yerləşdikləri ərazi məhv edilib.

    Təlimlər davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi