Yuxarı
    Bağlamaq

    Azərbaycan və Türkiyə pilotları bir sıra tapşırıqları yerinə yetiriblər

    ​TurAz Şahini 2015 təlimi davam edir

    Bakı. 7 mart. REPORT.AZ/ Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir.

    "Report" Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən gün simvolik olaraq şəxsi heyətin iştirakı ilə qurban kəsilməsi mərasimi keçirilib.

    Mərasimdə Türkiyə HHQ-nin aviabaza komandiri çıxış edərək təlim iştirakçılarına uğurlar diləyib.

    MiQ-29, Su-25, Mi-17 tipli təyyarə və helikopterlərin pilotları ilə keçirilən dərslərə əsasən uçuşların hazırlığına davam etdirilib. Heyətlər uçuş xəritələrində aerodrom və təlim rayonunun ərazisini öyrənərək çalışma tapşırıqlarını yerinə yetirib, təhlükəsizlik qaydaları və hündürlük hesabatlarını aparıblar.

    Təlimlər davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi