Azərbaycan və Türkiyə növbəti birgə hərbi təlimlərin hazırlığına başlayıblar

Azərbaycan və Türkiyə növbəti birgə hərbi təlimlərin hazırlığına başlayıblar Konya şəhərində "TurAz Şahini - 2016" təliminin əsas planlaşdırma iclası keçirilir
Hərbi
18 Yanvar , 2016 12:08
Azərbaycan və Türkiyə növbəti birgə hərbi təlimlərin hazırlığına başlayıblar

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan və Türkiyə növbəti birgə hərbi təlimlərin hazırlığına başlayıblar. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, yanvarın 18-də Türkiyənin Konya şəhərində "TurAz Şahini - 2016" təliminin əsas planlaşdırma iclası başlayıb. İclas yanvarın 20-dək davam edəcək. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.

Bundan başqa, yanvarın 18-dən 22-dək Belçikanın Brüssel şəhərində ümumi təhlükəsizlik və müdafiə siyasəti üzrə treninq kursu və yanvarın 18-dən aprelin 8-dək Böyük Britaniyanın Şrivenhəm şəhərində hərbi ingilis dili təməl kursu keçirilir. Bu tədbirlərdə də Azərbaycan ordusunun təmsilçiləri iştirak edir. 

Son xəbərlər

Orphus sistemi