Azərbaycan və Türkiyə hərbi kəşfiyyatçılarının görüşü keçirilib

Azərbaycan və Türkiyə hərbi kəşfiyyatçılarının görüşü keçirilib Tərəflər hərbi kəşfiyyat sahəsində birgə planları, əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər
Hərbi
29 İyun , 2017 18:37
Azərbaycan və Türkiyə hərbi kəşfiyyatçılarının görüşü keçirilib

Bakı. 29 iyun. REPORT.AZ/ Bakıda Azərbaycan və Türkiyə Silahlı Qüvvələri hərbi kəşfiyyat nümayəndələrinin görüşü keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, tərəflər ölkələrimiz arasında hərbi kəşfiyyat sahəsində birgə planları, əməkdaşlığın inkişaf perspektivlərini, məlumat mübadiləsi, regional və kiber təhlükəsizlik, mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili, təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi