Yuxarı

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri nümayəndələri arasında qərargah danışıqları keçirilib

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri nümayəndələri arasında qərargah danışıqları keçirilib

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) və Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında Bakı şəhərində qərargah danışıqları keçirilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, birgə planların dəqiqləşdirilməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Qonaqlar, həmçinin HHQ-nin hərbi hissələrini ziyarət ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi