Yuxarı

Azərbaycan və Türkiyə hərbi dənizçilərinin görüşü keçirilib

Azərbaycan və Türkiyə hərbi dənizçilərinin görüşü keçirilib

Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahında Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti ilə görüş keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında hər sahədə olduğu kimi hərbi əməkdaşlığın uğurlu nəticələri və inkişaf perspektivləri müzakirə olunub.

Hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyi bildirilərək, bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.

Türkiyə HDQ-nin komandanının MTT üzrə müavini vitse-admiral Fikret Esin “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirakından son dərəcə məmnunluğunu ifadə edib. Yarışlarda ölkəmizin hərbi dənizçilərinə uğurlar arzulayıb. Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin, qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi