Yuxarı
    Bağlamaq

    Azərbaycan və Türkiyə hərbçiləri tapşırıqları uğurla yerinə yetirib - VİDEO

    Azərbaycan-Türkiyə birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib© Mod.gov.az

    Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan, Türkiyə və Gürcüstanın Müdafiə nazirlərinin üçtərəfli formatda keçirilən əvvəlki görüşlərində əldə edilmiş razılığa əsasən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin növbəti mərhələsi hər üç ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə keçirilib.

    Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

    Mayın 4-də “Yüksək Səviyyəli Müşahidəçi Günü” çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun, Türkiyə Silahlı Qüvvələrinin hərbi birliyinin komandiri, general-leytenant Mehmet Özoğlunun və Gürcüstan Müdafiə Nazirliyinin briqada komandiri, polkovnik Zurab Xviçianın rəhbərliyi ilə nümayəndə heyətləri təlimlərin növbəti mərhələsini izləyiblər.

    Keçirilən təlimlər haqqında ərazinin maketi üzərində ətraflı məruzə edildikdən sonra yüksək səviyyəli qonaqlar təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olub, yerinə yetirilən tapşırıqların praktiki icrasını müşahidə ediblər.

    Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin təlimdə iştirak edən bölmələri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirib.

    Birgə təlimlərin növbəti mərhələsi müvəffəqiyyətlə başa çatdıqdan sonra qonaqlar şəxsi heyətlə görüşüb, fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və xatirə şəkli çəkdiriblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi