Azərbaycan və Türkiyə birgə təlimləri sona çatıb

Azərbaycan və Türkiyə birgə təlimləri sona çatıb Aviasiya vasitələrinin fəliyyəti təhlil olunub, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, planlaşdırılan birgə işlər müzakirə edilib
Hərbi
18 Sentyabr , 2015 13:40
Azərbaycan və Türkiyə birgə təlimləri sona çatıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə taktiki təlimləri sona çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, avqustun 22-də başlayan “TurAz Qartalı - 2015” birgə təlimləri sentyabrın 18-də yekunlaşıb. 

Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndəsi polkovnik Nihat Çırakoğlunun iştirakı ilə təlimlərin yekunlarına həsr olunmuş tədbirdə uçuş və texniki heyətin, aviasiya vasitələrinin fəliyyəti təhlil olunub, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, planlaşdırılan birgə işlər müzakirə edilib.

Döyüş təyyarələrinin taktiki-texniki xüsusiyyətlərinin üstünlüklərindən istifadə etməklə uçuşlar keçirən, verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların göstərdikləri nəticələr komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

Bildirilib ki, davamlı olaraq Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin keçirilməsi hər iki ölkənin pilotlarının bacarıq və praktiki vərdişlərinin artmasına, müştərək fəaliyyətlərin planlaşdırılmasına, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsinə və digər tapşırıqların yerinə yetirilməsinə imkan yaradacaqdır.

Son xəbərlər

Orphus sistemi