Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan və Türkiyə birgə hərbi təlimlərə başlayır. "Report" xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı rəsmi məlumatda bildirilir.
Mayın 11-dən etibarən Bakıda və Naxçıvanda eyni vaxtda icra edilən təlimlərdə məqsəd Türkiyə və Azərbaycan Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirmək, qarşılıqlı məlumat və təcrübə mübadiləsi aparmaq və birgə əməkdaşlığı gücləndirməkdir.
Bakıdakı təlimlərdə bir piyada bölüyü, Naxçıvandakı manevrlərdə isə bir mexaniki piyada tağımı iştirak edir.
Təlimlər mayın 15-dək davam edəcək.